Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda Rusiya lideri Vladimir Putinlə görüşüb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
***
Rusiya və Türkiyə prezidentlərinin Aşqabadda keçirilən görüşü 40 dəqiqə davam edib.
Məlumata görə, liderlər arasında görüş mətbuata qapalı keçirilib.
Görüşdə Rusiya-Ukrayna müharibəsinin müzakirə edildiyi bildirilib.
Liderlər görüşün protokol hissəsində çıxış etməyiblər, danışıqların əvvəlində açıqlama verməyiblər.
/axar.az