Türk coğrafiyasında erkən yaşayış məskənləri



Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

...Mərkəzi Asiyanın ilk böyük mə­­də­niy­yət dairəsi olan və e.ə. 2400-cü ildə tənəzzülə uğrayan Afanasi­ye­vo sakinlərinin avropoid irqə mənsub olduğu deyilir.

E. ə. II minilliyin əvvəllərindən Cənubi Sibirdə Afanasyevo mədəniyyətini Oku­­­­nev mədəniyyəti əvəz etmişdir. M.N.Komarova tərəfindən 1947-ci ildə tədqiq edi­­lən Okunev arxeoloji mədəniyyətini monqoloid irqinə mənsub tayfalar ya­rat­mış­lar. Okunev mədəniyyətinin coğrafiyası Yenisey sahillərindən Abakana qədər ge­niş əra­ziləri əhatə etmişdir. Bu mədəniyyəti yaradanların əsas təsərrüfat məşğu-liy­­yəti hey­vandarlıq olmuş, metaldan əmək alətlərinin hazırlanmasında geniş isti-fa­də edil­miş­­dir. Burada təsərrüfatda daha çox qadın heykəllərinə rast gəlin­mişdir.

E. ə. II mi­­­nilliyin ortalarında qərbdən gələn avropoid irqə mənsub tayfalar oku­nevçiləri çol-step zolaqlarından dağlara (Altay, Tuva) doğru sıxışdırırlar. Nə­ti­cə­də, Okunev mə­də­­niyyəti tənəzzülə uğramış və e. ə. II minilliyin ortalarından Cə­nu­­bi Sibirdə Andro­no­vo arxeoloji mədəniyyəti təşəkkül tapmışdır. Andronovo mə­də­niyyəti daha geniş areala –Ural ətrafından şərqə, Yeniseyə qədərki düzlərə yayıl­mış­dır. E. ə. XIX yü­zil­­likdən başlayaraq e. ə. XII yü­zil­liyə qədər davam edən An­dro­­­­­­­no­va mə­­­dəniyyəti bu günkü Qazaxıstan ərazisini ta­ma­milə əhatə etmişdir. Həm­­­çinin, Türküstanın geniş bozqırlarına yayılması və Sibirin tayqa böl­gəsinə da-xil ol­­ması da bu mədəniyyətin daha bir xüsusiyyətidir. Okladnikov yazır ki, An­dro­­novo mə­də­niyyətinin Cə­nu­­bi Sibirə çatması e. ə. XVI–XIV yüzilliklərə təsadüf edir.

Cənubi Ural əra­­­zisi Tunc döv­ründə əhalinin sıxlığı ilə mü­şa­hi­də olunurdu. E. ə. II minilliyin son­la­­rına doğru bu­ra­da baş verən quraqlıqla əla­qə­dar əhalinin sa­yı kəskin surətdə azal­­­mağa baş­la­dı. Sin­taş­ta-Andronovo sa­kin­lə­ri “süt və yağ”ın zən­­g­inlik ifadə et­diyini, sığır və at qurban kəs­­­­­diklərini, araba istifadə etdiklərini və savaşı mü­qəd­dəs­ləş­dirdiklərini söyləyir. Qeyd edək ki, An­dronovo mədəniyyətinin da­vamçıları sak və sarmat tayfaları olmuşlar. Türk tarixçisi Osman Karatay Sin-taş­ta mədəniyyətinin sa­hib­ləri olan sarmat və Andronovonun varisi olan sakaların ey­ni dili danışdığını və bu dilin farslarla heç bir əlaqəsinin olmadığını qeyd edir. Ge­netik və dil ba­xı­mın­dan Sintaştanın arilərlə heç bir əlaqəsinin olmadığını qeyd edən Karatay ariyanilərə haqlı olaraq belə bir sualla müraciət edir ki, nəyə görə heç kim­sə Cənubi Uraldan İr­landiyaya daşınan kurqan mədəniyyətinin İran və Hin­dis-ta­na daşınmadığını, bu­ra­la­rı istila edən arilərin adətlərini nə üçün qısa yolda tama-milə unutduqları problemini ca­­vablandırmaq istəmir.

Tunc dövrü ərzində əkinçilik mərkəzinin olduğu Cənubi Ural və digər əra­zi­lər­­­də e. ə. 1600-cü illərdən etibarən Avrasiyada başlayan quraqlıq iqtisadiyyatda əkin­­­­­­çiliyin əhəmiyyətini azaldıb heyvandarlığı önə çıxartdı. Bundan sonra ağırlıq mər­­­­­kəzi şərqə –Altaya keçməyə başladı. Laypanov və Miziyev bunu e. ə. 1600–1400-cü illərdə Afanasyevo mədəniyyətinin Xakas-Minusin çökəkliyindən Ural ça-yı­na qə­­dərki dairədə yayılan Andronovo mədəniyyəti ilə çulğalaşdığı və nəticədə də­­­yi­şik­liyə uğradığını qeyd edir. Buranın mədən təsərrüfatının zənginliyi, xü­susilə də­mir­dən geniş istifadə olunması yüksələn inkişafa müsbət təsirlərini gös­tər­di.

Mərkəzi Asiyanın şərqində, Altay və Tanrı dağlarının əhatəsində formalaşan Ka­­­­­­­rasuq mədəniyyəti (e. ə. XV–VIII əsrlər) Andronovo mədəniyyətinin, bir növ, da­­­va­­­­­­­mıdır. Ə.Muxtarova bu mədəniyyətin qərbdən və cənubdan gələn tayfalar tə­­­­rə­fin­dən yaradıldığını, hətta Karasuq mədəniyyətinin Monqolustanda, Cə­­nubi Si­bir­də, Qazaxıstanda və Ob çayının yuxarı axarında formalaşdığını qeyd edir. Sinor da “Av­rasiyanın qər­bin­dəki türklərin uzaqdan gəlmədiyi” dü­­şün­cə­sin­də­dir. Xaza­nov isə bu mədəniyyəti ya­radan maldar tayfaların 4 mər­hə­lə­dən (hey­van bəs­ləyənlər–ya­rım köçəri hey­van­dar­lıq–uzun məsafəli heyvandarlıq–kö­çə­rilik) ke­çə­rək for­ma­laş­­dığını qeyd edir. Bu ar­dıcıllığın son mərhələsi e. ə. I mi­nil­li­yin əv­vəl­lə­ri, daha də­­­­qiq desək, e. ə. IX əsrdir. Ka­rasuq mədəniyyətinin son mər­hə­ləsində y­a­­şanan pro­­­­­­ses­lər, artıq yəhərli ata minən, kəmənddən istifadə edən və alət­lərini də­mir­dən ha­­­­zır­layan bir döyüşçü sinfini meydana gətirmişdir. Geri bü­kü­lən yayların e. ə. 1200-cü illərə aid olduğu və Karasuq mədəniyyəti üzərindən ya­yıl­dı­ğını qeyd et­mək la­zım­­dır.

Karasuq filiz mədənləri yüksək məhsuldarlıqlı əmək alətləri və xüsusi tipli si­lahları ilə şöhrət qazanmışdır. Belə ki, ilk dəfə burada istehsal edilən geri bükülən yay­ların, üzəngilərin şöhrəti qərbdə Şimali Qafqaza və Ukraynaya, şərqdə Yapo­ni-ya və Çinə, şimalda isə Yakutiyaya qədər yayılmışdır. Qeyd etmək lazımdır ki, Cə-nubi Si­bir filiz mərkəzi, bütövlükdə Tunc dövrü ərzində Avrasiyanın yaxın və uzaq re­­gion­la­rına mühüm təsir göstərmişdir.

Karasuq sakinləri oturaq əkinçilik və mədənçiliklə məşğul olub, hey­van­dar­­­­­lığı baş­­­­lıca tə­sər­rü­fat sahəsinə çevirmişdilər. Deməli, köçəri maldarlıq bu mədəniy-yətin əsas səciyyəvi cəhətidir. Onlar, əsasən, iri buynuzlu mal-qara, at və qoyun sax­la­­yır­dı­­­lar. Bu mədəniyyəti e. ə. XV əsrdə Cə­nu­­­bi Sibirdəki (Xakasiya ətrafında) Ta­qar mə­­­dəniyyəti (e. ə. VIII–II əsrlər) davam et­­­dirmişdir. Bu mədəniyyət Yenise-yin orta axa­rı boyunca geniş yayılmışdır. Bu mədəniyyətin ən səciyyəvi cəhəti ölü­lərin üzə­rin­də kurqanların düzəldilməsidir. Taqar mədəniyyəti təxminən yeddi əsr müd­də­tin­də (e. ə. X əsr –e. ə. III əsr) davam etmişdir. Ən yüksək inkişaf dövrü isə e. ə. VI–V əsr­lərə aiddir. Bu mədəniyyətin daha bir səciyyəvi cəhəti burada çoxlu say­da “hey­van stili” yaxud “Skif Sibir heyvan stili” adlanan əşyaların aşkar edil­mə­­­sidir. Qeyd edək ki, e. ə. VII–V əsrlərdə Qara dənizin şimal çöllərində yaşayan skif­­lərdə belə əş­yalara rast gəlinmişdir. Fikrimizcə, Andronovo-Ka­rasuq-Taqar mə­dəniyyətləri sil­si­lə şəklində və zən­cirvari olaraq inkişaf etmişdir. Bir vaxt­­lar bü­tün­lüklə Mərkəzi Asi­ya və Şərqi A­v­­­ropaya hakim olan sakalar da sələfləri olan An­dronovo və Karasuq xalq­larının da­­­­vamçılarıdır.

Aşağı Dunay ərazisində e. ə. IV–III minillikdən qalma 1000-ə qədər kurqan a­ş­­­­­kar edilmişdir. Kurqanlarda əksəriyyəti kişi cəsədləri olmaqla qərb-şərq is­ti­qa­mət­­lə­­­rində ayaqları bükülmüş vəziyyətdə dəfn edilmişdir. Okladnikova görə, bu dəfn adə­­ti Baykalın cə­nu­bun­dakı bölgədə, Karasuk mədəniyyətində də rast gəlinir. Bun­la­­rın ha­­mısı Qara dənizin şimalındakılarla birlikdə “Yamnaya mədəniyyət çev­rə­si” ad­lan­­­mış­­dır.

E. ə. I minilliyə aid Cənubi Sibirdə, Tuva ərazisində qədim türklərə məxsus kur­­qan qəbirlər geniş yayılmışdır. Belə qəbirlərdən biri də 1974-cü ildə aşkara çı­xa­rıl­­mış Arjan şah kurqanıdır. Burada mərkəzi kamerada şah arvadı ilə birgə dəfn edil­miş, ətrafına isə çoxlu zəngin əşyalar qoyulmuşdur. Tapıntılar göstərir ki, şahın libası skif heyvan stilində hazırlanmış, qızıl nişanla bəzədilmişdir. Qeyd edək ki, kurqan hə­lə qədim dövrdə qarət edilmiş, əsasən, şah qəbri talan edilmişdir. Arjan tapıntıları skif mədəniyyətinin başlanğıc mərhələsinin daha erkən dövrlərə getdi­yi­ni deməyə əsas verir.

E. ə. VII–III əsrlər “Altay skif dövrü”nü öyrənmək üçün ən qiymətli mərhələ Pa­­zırıq arxeoloji mərhələsidir. M.P.Qryaznov tərəfindən tapılaraq tədqiq edilən Pa­zı­­rıq kur­qanının laborator analiz nəticəsində 2490 il əvvələ aid edildiyi müəyyən edil­­­mişdir. Kurqandan çoxlu sayda qiymətli əşyalar, o cümlədən dünyada ən qədim xal­ça ta­­pılmışdır. Bu mədəniyyətin daşıyıcıları, əsasən, köçəri maldarlıqla məşğul ol­muş­lar. Pa­zı­­rıq mədəniyyəti “Skif heyvan stili” ilə səciyyələnir ki, bu da e. ə. I mi­­n­il­likdə bü­töv­­lükdə, Qara dənizin şimal sahillərində yaşayan tayfaların irandilli yox, türk­dilli ol­­­masına dəlalət edir. Xatırladaq ki, tarixşünaslıqda “Skif heyvan sti­­li”, ya­xud “Skif-Si­bir heyvan stili” adlandırılan bu motiv onunla səciyyələnir ki, əşya bir vəh­şi hey­va­nın (pələng, leopard və s.) ceyranı, dağ keçisinin, yaxud maralı qa­­mar­la­mış və­ziy­yə­­­tini əks etdirir.

Məlumat üçün qeyd edək ki, kurqanda dünyanın ən qədim xal­­çası tapıl­mış­dır. Xal­çada 1 milyon 250 min ilmək müəyyən edilmişdir. Xaqan xal­­çaya bükü­lə­rək bas­dı­rılmışdır. Xoşbəxtlikdən torpaq buz qatı içərisində qaldığından kur­­qanda çü­rümə get­­mə­mişdir. Arxeoloqlar isə birmənalı şəkildə kurqanın qədim türk­­lərə məx­sus ol­du­­ğu­nu etiraf edirlər. Beləliklə, ən qədim dövrlərdən e. ə. I mi­nil­li­yin son­larına qə­dər­ki mər­hələdə Turan coğrafiyasında tədqiq olunan arxeoloji mə­də­­niy­yətlərin bö­yük ək­sə­riyyəti erkən türklərə –prototürklərə məxsusdur.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Media istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ