Türk coğrafiyasında erkən yaşayış məskənləri



Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

Bəşər tarixinin ən qədim və uzun ömür­lü dövrü ibtidai icma quruluşu ad­la­nır. Bu dövr yer kürəsində ilk in­sa­nın ya­­ran­masından başlayaraq müxtəlif xalq­la­rda si­­nif­li cəmiyyətin və dövlətin mey­­dana gəl­məsi ilə müxtəlif dövrlərdə başa ça­tır. Araş­dır­malar nə­ticə­sində müəyyən edilmişdir ki, 2,5–3 mil­yon il əvvəl Yer kü­rə­sin­də ilk insanlar yaranmağa baş­la­dı. Təx­minən 100 min il qabaq isə Yer kürəsinə so­­yuq­ların düşməsi nəticəsində can­lı aləm qütblərdən ekva­torial qurşağa doğru çə­kil­miş, bu yolla tələf ol­maqdan xi­las ol­muşdur. XIII mi­nilliyə qədər davam edən buzlaşma mərhələsi 4 dövrə (Riss, Men­den, Kürs və Virium) bölünmüşdür. XIII mi­nil­likdən etibarən Yer kü­rə­si­nə is­ti­­lər düşmüş, buz qa­tı tədricən əriyərək qüt­blə­rə doğru çəkilmiş, be­lə­liklə can­lı aləm yenidən təşəkkül tapmağa başlamışdır.

Əmək alətlərinin hazırlanması və ondan istifadə etmək bacarıqlarına görə bə­­şər tarixi 3 dövrə bölünür: I. Daş dövrü; II. Tunc dövrü; III. Dəmir döv­rü. Daş dövrü (Palolit) 3 milyon il əvvəldən başlayaraq e. ə. III minilliyin son­la­rı­na qədər davam etmişdir. Tunc dövrü Türküstan ərazisində e. ə. III minilliyin son­la­rından e.ə. I minilliyin əvvəllərinə qədər davam etmişdir. Dəmir dövrü isə qısa bir döv­rü –e.ə. I minilliyin əvvəllərinə qədərki dövrü əhatə edir.

Türküstan hələ qədim daş dövründə ən qədim insanların məskən saldıqları əra­zilərdəndir. Burada daş dövrünün ayrı-ayrı mərhələlərinə aid açıq və mağara tipli ib­tidai insan düşərgələri aşkar edilmişdir. Erkən türklərin formalaşdığı ərazi-lərdə (Ön Asiya, Ürmiya ətrafı, Si­bir, Uzaq Şərq, Cənubi Ural, Mərkəzi Asiya, Krım və s.) ən qədim in­san izlərinə rast gəlinir. Arxeoloqlar bu ərazilərdə ilk in­san-la­rın 500–300 min il əv­vəl yaşadıqlarını və sadə incəsənətlə məşğul olduqlarını qeyd edirlər.

Alt Paleolit döv­rünün ən qədim düşərgələri, həmçinin, Azərbaycanda Qu­ru­çay də­rə­sin­də Azığ ma­ğarası (350–400 min il əvvəl), Qazaxıstanda Bori­qazqan, To­­­­nirqazqan, Oba­lısan (300–200 min il əvvəl); Sarı-Arka (200–150 min il əv­vəl); Ja­­­man-Aybat (150 min il əvvəl), Qırğızıstanda On Arça və Xoca Baqirxan-Say (300 min il əvvəl), Türk­­mənistanda Yanqaca-1 (200–250 min il əvvəl) aşkara çı­xa­rıl­­­­mış­dır. Mərkəzi Asiya və Sibirin Orta Paleolit dövrünə aid ən qədim insan dü­şər­­gə­­si Altay diyarının Rub­sovo rayonu Habrovo kəndi yaxınlığında (100–50 min il əv­vəl) müəyyən edilmişdir. 1954-cü ildə S.İ.Rudenko tərəfindən Altayda Mustye döv­­rünə aid Üst-Kan ma­ğa­ra­sın­da və 1961-ci ildə A.P.Okladnikov tərəfindən Ula­lin­ka çayı ya­xın­lığında Üst Pa­le­olit dövrünə aid düşərgənin aşkar edilməsi Sibirin Daş dövrünün hələ erkən mər­hə­­ləsində məskunlaşdığını sübut edir.

Sibirdə qədim və Orta Daş dövrü mədəniyyətləri əsasında Neolit mədəniyyə­ti tə­şəkkül tapmış, bu dövrə məxsus abidələr Sibirin hər yerinə yayılmışdır. Belə lo­kal mədəniyyət abidələri qrupuna Ob mədəniyyəti, Bay­­kal Ne­o­lit mədəniyyəti və su­bar­ktik Yakut mədəniyyətini misal göstərmək olar.

Neolitin son mərhələsində Orta Yenisey hövzəsində Təzmin arxeoloji mə­də­niy­yəti təşəkkül tapır. Burada Asiyada ən qədim daş heykəllər, daş məbədlər, qa­ya­üs­tü heyvan rəsmləri həkk olunmuşdur. E. ə. III minillikdə Cənubi Sibir və Altay əha­lisinin təsərrüfat həyatında əsaslı dəyişikliklər baş verir. Xüsusilə, Sayan-Alta­yın dağ­lıq ərazisində çoxlu mis karxana yerləri aşkar edilmişdir. Filiz mədənləri ilə zən­­gin olan bu yerlərdə qədim Sibirin ən qədim metal mədəniyyətini özündə əks et­dirən Afanasyevo arxeoloji mədəniyyəti formalaşır. Məşhur türkoloq V.V.Rad-lov tə­rə­fin­dən 1865-ci ildə aşkar edilmiş Afanasyevo mədəniyyəti bir sıra xüsusiy­yətləri ilə di­gər mədəniyyətlərdən fərqlənir. İlk növbədə, burada metaldan daha çox is­ti­­fadə olun­ması, əkinçiliyin aparıcı sahələrdən birinə çevrilməsinə təkan ver­miş­dir.

Alt Paleolitin Mustye mərhələsinə aid abidələr daha çox Qərbi Türküstan əra­­zi­­sində geniş yayılmışdır. Bu abidələr içərisində 1938-ci ildə Özbəkistanın Sur­xan­­dər­ya vadisində aşkar edilmiş Deşik-Daş mağarası olduqca əhəmiyyətlidir. Bu­rada 8-9 yaşlı neandertal uşağın skleti aşkar edilmişdir. Qədimliyinə görə bu tapıntı keç­miş SSRİ ərazisində Azərbaycanda Azıx mağarasından və Kırımda Kiik-Ko­ba­da ta­­pılmış insan skletləri içərisində üçüncü yerdə durur. Mustye mədə­niy­­yətinin bü­tün ele­mentlərini özündə birləşdirən digər bir paleolit düşərgəsi 1947-ci ildə Sə­mər­­qənd ya­xınlığında aşkar edilmiş Amanqutay mağarasıdır. 1939-cu ildə Za­­ra­ut­say dərəsində Mezolit dövrünün ov səhnələrini özün­də əks etdirən qayaüstü abi­də­lər aşkar edilmişdir.

Xəzər dənizinin şərq sahillərində, indiki Türkmənistan ərazilərində Mezolit mə­­dəniyyətinə aid Cəbəl, Kaylı, Dam-Dam və Çeşmə mağaraları aşkar edilmişdir. Ma­ğaralarda Mezolit mədəniyyətinə aid əsas ov alətləri olan ox və yayın tapılması o za­man cəmiyyətdə əhalinin əsasən, ovçuluq, balıqçılıq və yığıcılıqla məşğul ol­du­­ğu­nu bir daha sübut edir.

Özbəkistan ərazisində Mezolit dövrü abidələri əsasən, Surxandərya çayı va­di­sin­də, Fərqanədə Obişir mədəniyyəti adı altında öyrənilməkdədir. Obişir mə­də­niy­yə­tinin daşıyıcıları ceyran, cüyür, qaban, canavar ovlayırdılar. Obişir düşərgə-sindən mik­rolit ox ucluqları aşkar edilmişdir. Bununla yanaşı, ot və yabanı taxılı biçmək üçün daş oraqdan is­tifadə edilirdi.

Şimali Qazaxıstan bozqırları da Mezolit dövrü abidələri ilə zəngindir. Xü­su­si­lə, İşim çayı ilə Çaqlin çayı arasında yerləşən ərazilərdə aşkar edilmiş Mezolit dü­şər­gə­­ləri Çaqlin mədəniyyəti adı ilə təşəkkül tapmışdır. Çaqlin mədəniyyətinin ya­­ra­­dı­cı­ları xüsusilə, ovçuluq, balıqçılıq və yığıcılıq təsərrüfatları ilə məşğul ol­muş­­du­lar. Müxtəlif düşərgələrdə yerüstü yaşayış məskənlərinin qalıqlarının ta­pıl­ması əha­li­­nin oturaq həyata keçdiyini təsdiq edir. Belə evlərdə bir neçə qohum ailə­­dən iba­rət kol­lek­tiv təsərrüfatların mövcud olması qoşa nigahlı ailələrin qar­şı-lıq­lı əla­qə­lə­rinin in­ki­şafından xəbər verirdi.

Qərbi Türküstanda ən qədim Neolit məskənləri Türkmənistan ərazisində Cə­bəl mağarasında və Aşqabaddan 30 km şimalda yerləşən Ceytun adlı ərazidə aşkar olun­­muş­dur. E. ə. V minilliyə aid Ceytun mədəniyyətinin izləri müasir İranın şi­mal-şərq əra­zi­lə­rin­də də aşkar edilmişdir. Burada arxeoloqlar gil möhrədən və çiy kər­pic­dən yaşayış ev­lərinin qalıqlarını tədqiq etmişlər. Əhali əkinçilikdə daha çox sü­ni su­var­ma­dan is­tifadə etmişdir. Ceytun şəhər məskənlərində aşkarlanan ev qa­lıq­­la­rı isə bu­ra­da qoşa ni­gah­lı ailələrin təşəkkül tapdığını göstərir. Ceytun mədə­niy­­­yə­ti Qərbi Türküstanda Eneolit dövrü erkən əkinçilik mədəniyyətinin inkişafı üçün əsas ol­muş­dur. Bu mədəniyyət Anau qədim yaşayış məskəninin adı ilə Anau mə­də­niy­yəti kimi sə­ciyyələnir. 1904-cü il­də amerikan arxeoloqu R.Pompellinin rəh­­­bər­li­yi ilə Anau ya­şayış məskənində 4 mədəni təbəqə aş­kar edilmişdir. Qeyd edək ki, Anau mə­də­niy­­yəti e. ə. V–III minillikdə mövcud olmuş və bir neçə inkişaf mər­­hə­lə­si­ni əhatə et­mişdir. Anau mədəniyyətinin sonrakı inkişaf mər­hələsi Na­maz­gah­təpə ad­­la­nır. Ar­xe­o­loq B.A.Kuftinin rəhbərliyi ilə aparılan təd­qi­qatlar burada 6 mə­dəni tə­­bə­qə­ni aş­ka­ra çıxarmışdır. Mərkəzi Asiyada ilk naxışlı sax­sı qab nümu­nə­­­­­­ləri də bu­­ra­dan ta­pıl­mışdır. Anau və Namazgahtəpə arxeoloji mə­də­niyyətləri Tür­­­küstan əra­­zi­sin­də ilk oturaq-əkinçi icmalara məxsus olmuşdur.

Bu dövrdə mədəni və iqtisadi tərəqqinin əsas mərkəzlərindən biri də Altun-Tə­­­pə abidəsi olmuşdur. Altun-Təpə abidəsi erkən yaşayış məskənkənlərindən ol­maq­­­­la “zadəganlar məhəlləsi” ilə bərabər geniş, düz xətlə kəsişən küçələri, səliqəli ev­­­­ləri ilə seçilirdi. Burada hündürlüyü 12 m olan pilləli qülləyəbənzər tikilidən, “baş ka­­hinin evindən”, geniş anbarlardan, təsərrüfat tikililərindən və dəfn an­samb­l­­ın­­­­­­­­dan iba­rət dini mərkəzin olduğu erkən şəhər tipli yaşayış məskəni möv­cud ol­muş­­­­dur.

Altun-Təpə mədəniyyətinin özünəməxsus səciyyəvi cəhətlərindən biri də gil hey­­kəlciklərdir. Heykəlciklərin böyük əksəriyyətini qadın fiqurları təşkil edir. Altun-Təpə materialları burada həyat tərzinə görə əhalinin üç təbəqəyə bölündü­yü­nü gös­­­tərir. Birinci təbəqəyə sıravi icma üzvləri (əkinçi və maldarlar), ikinci təbə­qə­­yə fər­­­di təsərrüfata malik olanlar, üçüncü təbəqəyə isə cəmiyyətin ən yuxarı tə­bə­­qəsini təş­­­kil edən kahinlər və icma başçıları təşkil edirdilər.

E. ə. IV–III minilliklərdə Amudərya çayının aşağı axarında Neolit dövrünə aid tə­­şəkkül tapmış Kelteminar mədəniyyəti öyrənilmişdir. Bu mədəniyyətin ya­ra­dı­cı­la­­rının taxta və qamışdan tikilən qövsvari evləri daha çox diqqəti cəlb edir. Bu­rada əha­li, əsasən, oturaq həyata keçmiş, saxsı gil qablardan müxtəlif bəzək əş­ya­la­rı ha­zır­la­nırdı. Bu zaman cəmiyyətdə patriarxat qəbilə quruluşu mövcud olmuşdur.

Kelteminar mədəniyyətinin Tezabağyab mə­də­niy­­­yəti ilə əvəz olunduğu Öz-bə­­kistanın Tunc dövrü abidələri zənginliyi ilə seçilir. Oturaq həyata keçid prosesin­də əhali, əsasən, kobud saxsı mə­mu­lat­­­lar istehsal edirdilər. Bu mədəniyyətin dava-mı olaraq Tunc dövründə Suarcen mə­də­­niyyəti təşəkkül tapır. Daha geniş arealda apa­­­­­rılan tədqiqatlar e. ə. II minilli­yin so­nu – I minilliyə aid süni suvarma sis­tem­lə-ri­­nin qalıqları aşkar edilmişdir. Bu, bəhs olu­nan dövrdə həmin ərazidə əkinçiliyin in­­­­kişaf etdiyini əyani şəkildə sübut edir.

Qazaxıstan ərazisində aşkar edilmiş ən qədim Tunc dövrü abidələri Afa­nas­ye­vo arxeoloji mədəniyyəti əsasında öyrənilir. Bu mədəniyyətin izləri haqqında ilk mə­­­lumat məşhur türkoloq V.V.Radlov tərəfindən 1865-ci ildə verilmişdir. Qeyd edək ki, Neolit dövrünün sonlarında Afanasyevo dalğası ilə Altaya doğru irəliləyən Cə­nubi Ural əhalisi Son Tunc dövründə Andronovo əhalisinin də qatılması ilə Mər­­­­­kə­zi Asiyanın şimalı ilə Cənubi Sibirin əhalisi, çox güman ki, prototürk dil­lə­rin­də danışırdılar və bu dillər Ural-Altay bölgəsi dillərinə daha yaxın idilər. Osman Ka­ra­tay baş verən prosesləri ümumiləşdirərək qeyd edir ki, “beləliklə vaxt sürətli şə­kildə Cə­nubi Uralda formalaşan dil və mədəniyyətin bütün bozqıra yazyılmasına yol aç­mış­dır”. Firudin Ağasıoğlu isə “prototürk dili harada meydana çıxıbsa, ora türk­­­lərin ana yurdudur” fikrindən çıxış edərək Zaqroş bölgəsindən Urmiya gölü höv­­zəsinə daxil olan ərazilərdəki qədim və yerli xalqları prototürklər hesab edir.İlk dəfə me­taldan geniş istifadə olunan Afanasyovo mədəniyyətində mis və qızıldan ha­zır­la­nan bəzək əşyalarına (sırğa, qolbağ və s.) daha çox rast gəlinmişdir. Burada əhali əkin­çiliklə yanaşı, saxsı qab nümunələrinin hazırlanması texno­logi-ya­­sı ilə daha çox məşğul olmuşdur. Antropoloji baxımdan Afanasyevo sakinləri Av­rasi­ya­nın av­ro­­poid tay­fa­la­rı­nın ucqar şərq qolu hesab edilir.

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Media istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ