ABŞ-dan İrana yeni sanksiyalar: Tehran sərt reaksiya verdi


İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyaları “qanunsuz” və “iqtisadi terrorizm” kimi qiymətləndirib və digər dövlətləri Vaşinqtonun birtərəfli sanksiyalarına qoşulmamağa çağırıb.

Turkustan.az xəbər verir ki, Nazirliyin yaydığı yazılı açıqlamada ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarının adından və əhatə dairəsindən asılı olmayaraq qanunsuz və ədalətsiz olduğu iddia edilib. Tehran bu tədbirlərin BMT Nizamnaməsini, beynəlxalq humanitar hüququ və insan hüquqlarını pozduğunu bildirib.

İran Xarici İşlər Nazirliyi bütün ölkələri ABŞ-ın sanksiyalarını tətbiq etməkdən, həmçinin bu tədbirlərdən irəli gələn nəticələri tanımaq və ya təsdiqləməkdən çəkinməyə çağırıb.

Açıqlama ABŞ-ın İranın iqtisadi və maliyyə şəbəkələrinə qarşı yeni sanksiyalar tətbiq etdiyi bir vaxtda yayılıb. Vaşinqton yeni tədbirlərlə Tehrana və onunla iqtisadi əlaqələri davam etdirən tərəflərə təzyiqi artırır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ