Ərdoğan İslam dünyasında "ittifaq" çağırışı etdi


Mövlud ən-Nəbi (Peyğəmbərin doğum günü) həftəsi çərçivəsində keçirilən proqramda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasına birlik və həmrəylik çağırışı edib.

Turkustan.az xəbər verir ki, Ərdoğan bildirib ki, müsəlman ölkələri öz təhlükəsizliklərini və gələcəklərini başqalarından asılı vəziyyətdə qurmamalıdırlar:

“Müsəlmanlar olaraq başqalarına güvənərək güclü ola bilmərik. Bölgəmizdə birlikdə sülh və təhlükəsizlik qurmaq istəyirik”, – deyə Ərdoğan bildirib.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında əldə olunan Məkkə müqaviləsinə də toxunan Ərdoğan İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Birlikdə xeyir olduğuna inanaraq öz daxilimizdə ittifaqları gücləndirməyə çalışırıq. Gələcəyə birlikdə, çiyin-çiyinə getmək istəyirik”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ