Altı il əvvəl kral ailəsindən uzaqlaşaraq ABŞ-a köçən Şahzadə Harri və Meqan Marklın İngiltərəyə qayıtması yeni iddialara səbəb olub.
Turkustan.az xəbər verir ki, cütlüyün ölkəyə qayıdışının səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir.
İddialardan birinə görə, Harrinin Britaniyaya qayıtmasının səbəblərindən biri atası Kral III Çarlzın gələcəkdə miras məsələsini necə həll edəcəyinə dair narahatlıqları ola bilər. Kral ailəsi üzrə ekspert Robert Jobson Harrinin miras payı ilə bağlı narahatlıq keçirdiyini və Çarlzın ailə üzvləri arasında vəsaitlərin ədalətli bölüşdürülməsini istədiyini iddia edib.
Bununla belə, Harrinin və Meqanın Britaniyaya qayıdışının yalnız maliyyə və ya miras məsələsi ilə bağlı olduğunu təsdiqləyən rəsmi məlumat yoxdur. Cütlüyün uşaqlarının Britaniyada təhsil alması və ailənin kral ailəsi ilə münasibətləri bərpa etmək istəyi də mümkün səbəblər arasında göstərilir.
Hazırkı məlumata görə, Harri və Meqan kral ailəsinin işləyən üzvləri kimi fəaliyyətə qayıtmayacaq və kral iqamətgahında yaşamayacaqlar.
Aytən Yaşar/ Turkustan.az