Qara dənizdə batan gəmidən azərbaycanlıların xilasedilmə GÖRÜNTÜLƏRİ


Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu "Svetoslava" adlı quru yük gəmisi batma təhlükəsi ilə üzləşib. Gəminin göyərtəsindəki 13 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.

Bu barədə Turkustan.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Kastamonu vilayətinin Doğanyurt rayonu sahillərində batan gəminin ekipajı Sahil Mühafizəsi qruplarının sürətli müdaxiləsi sayəsində xilas edilib.

Qeyd edək ki, gəmidə 11 Azərbaycan, bir Türkiyə və bir Rusiya vətəndaşı olub.

Xilasetmə görüntülərini təqdim edirik:

/oxu.az


MANŞET XƏBƏRLƏRİ