ABŞ tərəfi Ukrayna hakimiyyətini Moskvada keçirilən son görüşlər barədə məlumatlandırıb.
Turkustan.az xəbər verir ki, Vaşinqtonun Rusiya ilə müharibənin dayandırılması üçün atılmalı addımlarla bağlı real planı olduğunu bildirən Prezident Vladimir Zelenski bu yanaşmanı müsbət qiymətləndirib.
Zelenski bunu axşam videomüraciətində deyib.
“Bu gün Amerika tərəfi bizi Moskvada keçirilən görüşlər barədə məlumatlandırdı. Orada bir sıra görüşlər baş tutub. Biz həm bir gün əvvəl, həm də bu gün ABŞ tərəfi ilə əlaqə saxlamışıq. Rusiya ilə aparılan danışıqlarda nümayiş etdirilən düzgün yanaşmaya görə təşəkkür edirəm”, – deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, Ukrayna ABŞ-ın prosesdə atılacaq addımların ardıcıllığına və müharibənin dayandırılması üçün görülməli tədbirlərə dair “tamamilə real vizyonunu” yüksək qiymətləndirir.
Zelenski vurğulayıb ki, əsas məqsəd Rusiyanın müharibəni dayandırmasına şərait yaradacaq bütün zəruri addımların atılmasıdır.
Aytən Yaşar/ Turkustan.az