İsrail ordusu Suriyanı artilleriya atəşinə tutdu


İsrail qüvvələrinin Suriyanın cənubundakı Quneytra əyalətində yerləşən bir neçə kəndə hərbi maşınlarla daxil olduğu və evlərdə axtarış apardığı bildirilir.

Turkustan.az xəbər verir ki, Suriya dövlət televiziyası “Əl-İxbariyyə”nin məlumatına görə, İsrail hərbçiləri Quneytranın cənubundakı Brika kəndinə daxil olub. Həmçinin Rəsəm əl-Əqraf kəndində evlərdə axtarış əməliyyatı keçirildiyi bildirilib.

Məlumata görə, İsrail qüvvələri Dəməşqin qərb kəndlərində yerləşən Beyt Cin qəsəbəsi ilə Ət-Tilal əl-Humur ərazisi arasına iki artilleriya mərmisi də atıb.

Hücumlar və hərbi əməliyyatlar nəticəsində ölən və ya yaralananların, eləcə də dağıntıların olub-olmadığı barədə məlumat verilməyib. Suriya hakimiyyəti də hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Məlumata görə, Suriyanın cənubundakı Quneytra və Dəra əyalətləri son dövrlərdə İsrail qüvvələrinin basqınları, axtarış əməliyyatları, həbsləri və hərbi nəzarət məntəqələrinin yaradılması ilə müşayiət olunan fəaliyyətlərinin şahidi olur.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ