Ərdoğan və Putin görüşəcək


Kreml Rusiya Prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakovun sözlərinə görə, görüş zamanı Rusiya-Türkiyə münasibətləri ilə yanaşı, regional və beynəlxalq gündəmdəki məsələlər də müzakirə olunacaq.

Tərəflərin Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət və digər regional məsələləri müzakirə edəcəyi gözlənilir. Türkiyənin Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlli istiqamətindəki səylərinin də görüşün əsas mövzularından biri olacağı bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ