Nepal hökuməti Meta və TikTok şirkətlərindən 26 avqustda Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən daşqınlarla bağlı sosial mediada yayılan saxta və yanıltıcı məzmunları silməyi tələb edib.
Turkustan.az xəbər verir ki, “The Kathmandu Post”un məlumatına görə, hökumət rəsmiləri daşqınlardan sonra yayılan süni intellektlə hazırlanmış saxta görüntülər, saxta ianə QR kodları və yanlış məlumatlarla bağlı Meta və TikTok nümayəndələri ilə görüş keçiriblər.
Nepal hökuməti platformalardan ictimaiyyəti çaşdıra, xilasetmə və yardım fəaliyyətlərinə mane ola və yaxınlarını itirən insanların ağrısını daha da artıracaq paylaşımlara qarşı daha operativ tədbir görülməsini istəyib.
Nepal Telekommunikasiya İdarəsinin (NTA) direktoru Bijay Kumar Roy bildirib ki, yanlış və etiraz doğuran məzmun müəyyənləşdirildikdən sonra onun mümkün qədər tez silinməsi tələb olunur.
Aytən Yaşar/ Turkustan.az