Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində Ali Baş Komandanlığın Qərargah iclasında müzakirə olunan əsas prioritetləri açıqlayıb.
Dövlət başçısının sözlərinə görə, toplantıda reaktiv "Shahed" PUA-larından müdafiə olunmaq və Rusiya ərazisinə "deep strike" (dərinlikdə yerləşən hədəflərə) zərbələrini gücləndirmək əsas tapşırıq kimi müəyyən edilib.
Zelenski hazırda Ukraynanın Rusiya istiqamətində gündə 300-dən çox dron buraxdığını, lakin bu göstəricinin kəskin artırılmalı olduğunu vurğulayıb:
"Tamamilə konkret hədəfimiz var və biz bu tapşırığı mütləq yerinə yetirəcəyik. Rusiyaya hər gün 1000 uzaqmənzilli dron buraxmağı planlaşdırırıq". /musavat.com/