Hazırda əmək bazarında texnologiyanın sürətli inkişafı və rəqəmsallaşma yeni imkanlarla yanaşı, bir sıra peşələr üçün risklər də yaradır.
Azərbaycanda da yaxın illərdə hansı ixtisaslara ehtiyacın artacağı, hansı bacarıqların daha yüksək gəlir gətirəcəyi və süni intellektin hansı işləri əvəz edə biləcəyi əsas müzakirə mövzularından birinə çevrilib.
Dövlətin 2026–2030-cu illər üzrə məşğulluq planında da əmək bazarında bacarıqların inkişafı, peşə hazırlığı və süni intellekt əsaslı xidmətlərin tətbiqi prioritetlər sırasında göstərilir. Bəs qarşıdakı 3–5 ildə Azərbaycanda hansı peşələr daha perspektivli olacaq?
HR mütəxəssisi Sevda Quliyeva “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan üzrə 2025-ci il vakansiya təhlilində ən yüksək orta maaşların İKT, mühəndislik, memarlıq, proqramlaşdırma və layihə idarəçiliyi sahələrində olduğu göstərilir:
“Eyni zamanda, ən çox tələb olunan kadrlar arasında satış, mühasibatlıq və satınalma-təchizat mütəxəssisləri və s.
“Big Data Specialist”, “FinTech Engineer”, “AI/ML Specialist” və “Software Developer” ən sürətlə böyüyən peşələr sırasında, “Renewable Energy Engineer”, “Environmental Engineer” və elektrik/avtonom nəqliyyat üzrə mütəxəssislər də sürətlə böyüyən istiqamətlərdəndir. Burada çox vacib bir məqam var:
AI əksər peşələri birdən-birə yox etməyəcək, əvvəlcə həmin peşələrin içindəki rutin və təkrarlanan işləri avtomatlaşdıracaq. AI insanı əvəz edəcək”dən daha çox “AI istifadə edən insan AI istifadə etməyən insanı əvəz edəcək”.
Mütəxəssis Azərbaycan üçün ayrıca seçim etməli olsa, növbəti 3–5 ildə bunların olacağını gözləyir:
“1. AI / Data / Cybersecurity - Ən yüksək maaş potensialı olan istiqamətlərdən biri
2. Enerji və yaşıl iqtisadiyyat - Renewable energy, enerji səmərəliliyi, environmental engineering
3. Digital Transformation Şirkətlərin rəqəmsallaşdırılması, ERP, automation, AI implementation
4. Strategic Procurement & Supply Chain - sadəcə satınalma mütəxəssisi yox, strateji satınalma, “vendor management”, “cost optimization”, “international sourcing” və “supply-chain analytics” bilən mütəxəssis
5. “Executive Management” + “Human Capital”.
AI dövründə insan resursları yox olmayacaq. Əksinə, “talent strategy”, “leadership development, succession planning”, “organizational transformation” və “AI-driven workforce planning” bilən HR rəhbərlərinin dəyəri arta bilər. Mənim əsas proqnozum peşələrin yox olması yox, peşələrin hibridləşməsi istiqamətindədir”.