Ermənistan Azərbaycandan elektrik enerjisi idxal etməkdə maraqlıdır.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir qeyd edib ki, İrəvan enerji təminatının şaxələndirilməsi çərçivəsində bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan elektrik enerjisinin idxalı imkanlarını araşdırır:
“Elektrik enerjisinin müxtəlif təchizat rejimləri mövcuddur. Bəzən ölkələrdə enerji artıqlığı, bəzən isə enerjiyə tələbat yaranır. Ermənistanın süni intellekt sahəsinə qoyduğu investisiyaları nəzərə alaraq, anlamalıyıq ki, əgər zərurət yaranarsa, hər hansı bir yerdən, o cümlədən Azərbaycandan elektrik enerjisi idxal etmək imkanı varmı?”, – Paşinyan Ermənistan və Azərbaycan nümayəndələrinin Laçında elektrik enerjisinin ixracı və idxalı məsələlərinə həsr olunmuş görüşünü şərh edərkən bildirib./Globalinfo.az