"Kanal 21" yutub səhifəsinin rəhbəri Fərhad Quluyev və "bakuxəbər.az" saytının rəhbəri Zamiq Quliyev həbs edilib.
Turkustan.az qafqazinfo-ya istinadən xəbər verir ki, adıçəkilən şəxslər polis tərəfindən saxlanılaraq məhkəməyə təqdim edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarı ilə onların hər biri barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslərlə yanaşı, özlərini jurnalist kimi təqdim edən İlqar Əliyev, Rəhman Ələsgərov və İlhami Nəsibov da polis tərəfindən saxlanılıb. Məhkəmə onların barəsində də həbs qətimkan tədbiri seçib.
Bildirilib ki, adları çəkilən şəxslər bir neçə vətəndaşa qarşı hədə-qorxu ilə tələbetmə cinayətində ittiham edilir. Toplanmış faktlarla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
xxx
Kanal 21-in təsisçisi saxlanılıb.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, Kanal 21-in təsisçisi və baş direktoru Fərhad Quliyev saxlanılıb.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Fərhad Quliyev, İlqar Əliyev və Rəhman Ələsgərov nəzarətə götürülüb.
Hazırda saxlanılmanın səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə rəsmi açıqlama verilməyib.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi və əlavə detalların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.