“Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam” - Vəfa özünə HAQQ QAZANDIRDI


Müğənni Vəfa Şərifova bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirlərlə yenidən gündəmə gəlib.

  • Turkustan.az xəbər verir ki, sənətçi "Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam!" sözlərinə ilk dəfə aparıcı Tarix Əliyevin (Tolik) "Səmimi" adlı "YouTube" verilişində aydınlıq gətirib. O bildirib ki, fikirləri bəzən düzgün anlaşılmayıb və demək istədiyini tam ifadə edə bilməyib.

Şərifovanın sözlərinə görə, həmin ifadə şəxsi həyatına işarə idi: "Demək istəyirdim ki, insanların həyatında müxtəlif hadisələr olur, mənim həyatımda isə yalnız bir insan olub. Hamı bunu başıma vururdu".

Müğənni əlavə edib ki, sözügedən şəxs artıq iki ildir həyatında yoxdur və yenidən bir araya gəlmələri mümkün deyil. O, övladlarının atasının yaxşı insan və qayğıkeş ata olduğunu vurğulasa da, münasibətlərinin bərpasının mümkünsüz olduğunu bildirib.

Vəfa qeyd edib ki, bu vəziyyəti övladına izah etməkdə çətinlik çəkir: "Bəzən anlayır, bəzən isə bizi barışdırmaq istəyir".

Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında fərqli fikirlər səslənib. Bəziləri onu dəstəkləsə də, digərləri əvvəlki açıqlamasını hələ də tənqid edir. /Milli.Az/


MANŞET XƏBƏRLƏRİ