ABŞ Türkiyəyə nüvə silahı yerləşdirməyə hazırlaşır – KİV


ABŞ NATO çərçivəsində müttəfiqlərinə Vaşinqtonun təhlükəsizlik təminatlarının etibarlılığı barədə əlavə zəmanət vermək məqsədilə Avropada daha çox nüvə silahının yerləşdirilməsi variantlarını nəzərdən keçirir.

Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

ABŞ tərəfi Avropa ölkələrində həm adi, həm də nüvə silahı daşıya bilən strateji bombardmançıların sayının artırılmasına hazır olduğunu bildirib:

“Prezident Donald Trampın rəhbərlik etdiyi hökumət Avropada hərbi dəstəyin azalması ilə bağlı yaranan narahatlıqlar fonunda NATO müttəfiqlərinə nüvə qoruması öhdəliyinin davam etdiyini göstərməyə çalışır. NATO-nun nüvə resurslarının paylaşılması proqramına Amerika DCA-larının yerləşdirilə biləcəyi Belçika, Almaniya, İtaliya, Niderland, Türkiyə və Böyük Britaniya daxildir“. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ