Vitkoff və Kuşner Kiyev və Moskvaya gəlməyi planlaşdırırlar - Budanov


ABŞ nümayəndə heyətinin yaxın vaxtlarda Kiyevə səfər edəcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak “Təhlükəsizlik Memarlığı” beynəlxalq forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezident Administrasiyası bir neçə gün əvvəl bu barədə rəsmi məlumat yayıb və hazırda Amerika nümayəndə heyətinin səfərinə hazırlıq gedir.

“Biz ABŞ nümayəndə heyətinin yaxın gələcəkdə Kiyevə səfərini gözləyirik. Bütün bunları təsdiqləyirəm və görüşə hazırlaşırıq. Onlar həm Kiyevə, həm də Moskvaya səfər etməyi planlaşdırdıqlarını bildiriblər”, – deyə, Yermak qeyd edib.

O, həmçinin danışıqlar prosesinin çıxılmaz vəziyyətdə olması ilə bağlı iddiaları qəbul etməyib.

“Bəzi proseslər davam edir və onların hamısı ictimaiyyətə açıqlanmır”, – deyə, Prezident Administrasiyasının rəhbəri vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ