Kiyevdə Rusiya hücumunun qurbanlarının sayı 65-ə çatdı


Ukraynanın paytaxtı Kiyevdə iyunun 2-də baş verən kütləvi Rusiya hücumu nəticəsində yaralananların sayı 65 nəfərə çatıb, daha dörd nəfər ölüb.

Turkustan.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Telegram-da məlumat verib.

Onun sözlərinə görə, təcili yardım xidmətləri yerində işləyir və Kiyevə edilən kütləvi hücumun nəticələrini aradan qaldırmaq üçün işləri davam etdirir. Şəhərin müxtəlif ərazilərində evlərə, qeyri-yaşayış sahələrinə və dörd tibb müəssisəsinə ziyan dəyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ