Tramp Netanyahu ilə danışdı: Beyruta qoşun göndərilməyəcək


ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığından sonra İsrailin Livanın paytaxtı Beyruta qoşun göndərməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə 1 iyun bazar ertəsi günü Truth Social sosial şəbəkəsində yazıb.

Tramp vurğulayıb ki , "İsrail Baş naziri Binyamin Netanyahu ilə çox məhsuldar söhbətim oldu və qoşunlar Beyruta göndərilməyəcək və artıq ora gedən hər hansı bir qoşun geri qaytarılıb" .

O, həmçinin yüksək vəzifəli nümayəndələr vasitəsilə Hizbullahla çox yaxşı söhbət etdiyini və İsrailin bütün atəşə tutulmasının dayandırılacağı barədə razılığa gəldikləri barədə məlumat verdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ