İranın itaətsizliyi Trampı ciddi şəkildə qorxutdu: Hamısı geri qaytarıldı


ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların sürətlə davam etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp İranın ABŞ ilə danışıqları dayandırdığına dair xəbərlərdən məlumatlı olmadığını deyib. O qeyd edib ki, bu barədə Tehrandan hər hansı rəsmi məlumat almayıb.

“İranla danışıqlar sürətlə irəliləyir. Açığı, düşünürəm ki, çox danışırdıq. Bəzən susmaq daha yaxşıdır və bu, uzun müddət davam edə bilər. Bu, o demək deyil ki, biz gedib bomba atmağa başlayacağıq. Sadəcə susacağıq və blokadanı davam etdirəcəyik. Blokada polad divardır”, – deyə Tramp vurğulayıb.

İranı gözləməyə hazır olub-olmaması ilə bağlı suala cavab verən ABŞ lideri, “İstədikləri qədər gözləyə bilərəm. Onlar çoxlu pul itirirlər”, – deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ