Xəbər verdiyimiz kimi, məşhur realiti layihə “Maşın" Şou yenidən ekranlara qayıdır.
Layihənin yeni mövsümü üçün hazırlıqların başlandığı, prodüser komandası tərəfindən bir çox tanınmış şəxslərlə danışıqlar aparıldığı bildirilir.
Rəsmi siyahı hələ açıqlanmasa da, şou-biznes kuluarlarında təxmini iştirakçıların adları artıq müzakirə edilməyə başlayıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu mövsümdə həm ənənəvi olaraq layihədə görünən ulduzlar, həm də bu dəfə daha çox şou elementini artırmaq üçün qalmaqallı və populyar sosial media simaları dəvət olunub.
İddialara əsasən, şounun iştirakçıları sırasında Səmra Rəhimli, Aysel Əlizadə, o cümlədən, Səidə Sultan, Qurd kimi tanınmış ifaçıların adı hallanır.
Bundan başqa, şouya daha çox rəng qatması gözlənilən və sosial mediada böyük izləyici kütləsi olan bəzi popnümayəndələrinin də adları çəkilir.
Bunlara Lətifə Soyuöz, Həbib, Şəbnəm Tovuzlu və Üzeyir Mehdizadənin də daxil olduğu bildirilir.
Eyni zamanda layihədə aktyor və aparıcıların da görünəcəyi iddia olunur.
Hazırda Pərvin Abıyeva, Elcan Rzayev və Kənan MM kimi ekran simalarının adı çəkilir.
Layihənin nə zaman efirə gedəcəyi barədə hələlik rəsmi açıqlama verilməyib. Lakin sızan məlumatlara əsasən, məşhurların ilkin seçim turu artıq yekunlaşmaq üzrədir və tezliklə tam siyahının açıqlanması gözlənilir.