Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Türküstan diyarının şimal hissəsi (Savur/Sabir-Sibir düzəngahının cənub hüdudları) qədim Təbəddülat mərkəzləri olmaqla yanaşı, beynəlxalq siyasi-hərbi strateji əhəmiyyət kəsb edən coğrafi mövqeyə, zəngin təbii iqlim, torpaq, mineral xammal ehtiyatlarına, çoxsaylı Türksoylu etnoAilə-Dil qruplarının məskunlaşma ərazilərinə, eləcə də, qədim “İpək yolu”nun Cöl Türklərinin əski yurdları olan Teşti/Dəşti Qıpçaq çöllərindən keçdiyinə, Orta Əsrlərin son mərhələsində (XVIII-XIX əsrlər) formalaşan işğalçı Rusiya imperiyasının strateji siyasi-hərbi iddiaları dövlət hədəfi kimi ilk növbədə Türk dünyasına qarşı yönəlmiş və bölgənin Türk xalqları üçün ağır tarixi-coğrafi,milli-mədəni, etnoloji-demoqrafik, dini-sakral, ictimai-iqtisadi...nəticələrlə sonuclanmışdır.
Çar Rusiyası I Pyotr (1672-1725) irsindən/vəsiyyətindən sonra və nəvəsi I Aleksandr (1777-1825) hakimiyyəti illəri (1801-1825) üfüqlərini göz tutmayan sərhədlərsiz Doğu yurdları-Orta əsrlər Türk dövlətlərinin əraziləri hesabına yeni yaranmış (1721-ci ildən) Rusiya imperiyasının sərhədlərinin genişləndirilməsi mərhələsi ilə səciyyəvidir. Səbəb həm də qərbdə Rusiyanın iki hərbi cəbhədə (1806-1812-ci illərdə Osmanlı Türkiyəsi üzərində, 1808-1809-cu illərdə Finlandiyanı zəbt etməsi, Polşa ərazisində hakim olması) qələbə qazanması, Asiya qitəsinin Türk zənginliklərini ələ keçirmək niyyəti idi. Nəticədə əski Türk yurdlarının, o cümlədən, Qıpçaq/Biçənək çölləri uluslarının işğalı, kökənli Türksoyluların soyqırımı....rus siyasi-hərbi kursunun qarşısında duran davamlı əsas dövlət vəzifəsi olmuşdur. Odur ki, 1808-ci il mart ayında çar manifestinə əsasən 19 avqust 1808-ci ildə cənubi Sabir/Savur-Sibir çöllərində, Çöl Türklərinin doğma Basaran çöllərinin, Ağmolla nahiyəsinin Göyçədağ, Nurşəhər, Qızılca, Yeddiyurd... şəhərlərində, Basaran düzünün Hun-Quz...tayfalarının yurdlarında (İşim, İrtış və Abu-Su/Ob çaylarının yuxarı hövzələrində) mütəşəkkil hərbi-kazak alayları formalaşmış, 1825-ci ildə bu heyətin sayı 37 minə çatmışdır (8 min “süngü” kazakların olub).
Hind okeanı sahillərinə çıxış üçün Çöl/Qıpçaq Türklərinin yaşadığı ərazilərdə (Aral dənizi ətrafında, Amu-Dərya və Sır-Dəya çayları hövzəsində, Yeddiçay hüdudlarında....) “milli-etnoloji ticarət əlaqələrinin yaradılması zəruriliyi barədə” çar xanım (I Pyotrun qardaşı qızı) Anna İvanovna 01 may 1734-cü ildə xüsusi layihə təsdiq etmişdir (soyqırımı və milli-etnik assimlyasiya siyasətini pərdələmək üçün “ekspedisiya və coğrafi tədqiqat layihələri”ndən istifadə edilmişdir. Adı çəkilən sənəddə göstərilən ərazi tarixən Türkdilli etnosoyluların coğrafi məkanı olduğundan 1734-1740-cı illərdə Ərənbörk/Orenburq nahiyəsinə ekspedisiya həyata keçirilib, rəhbər isə Senatın katibi, coğrafiyaçı-kartoqraf İ.K.Kirilov (1695-1737) olub, layihə müəllifi kimi. Türküstan diyarına qarşı hərbi yürüşlərin keçirilməsi məqsədi ilə coğrafi-ərazi planlaşdırılması aparılıb, nəticədə həm də, Təbil/Tobolsk nahiyəsinin ələ keçirilməsi asanlaşmışdır.
İmperiya dairələrinə verilən və yerli xronoloji sənədlər/məlumatlar əsasında hazırlanan İ.K. Kirilovun elmi hesabatlarında ərazinin çoxsaylı Türkdilli etnoslarına dair statistik-kameral məlumatlar geniş yer tutur. Bu məlumatlar iqtisadi-coğrafi təhlillərin aparılması, Savur/Sabir-Sibir və Qıpçaq çöllərinin, eləcə də, şimaldan Türküstan diyarının işğalının planlaşdırılması, siyasi-hərbi hadisələrin proqnozlaşdırılması və proqram layihələrinin işlənilməsi üçün istifadə olunmuşdur.
Sonrakı mərhələdə bu siyasəti mühəndis-artilleriyaçıŞ coğrafiyaçı, “Rusiyanın tarixi” əsərinin müəllifi V.N.Tatişev (1686-1750) və admiral-diplomat İ.İ.Neplyuyev (1693-1773) yerinə yetiriblər.
Bu dövrdə Baş Qurdlar, Kəl Muğlar və Çöl Türklərin/Qıpçaqların yurdunda, e.ə.15-ci minilliyə, Üst Paleolit dövrünə aid olan qədim, əski Türkdillilərin ərazisində (2003-cü ildə dosent A.F.Melniçukun (1954-2019) rəhbərliyi ilə Perm Dövlət Universitetinin arxeoloji ekspedisiyasının məlumatlarına əsasən) bu iki şəxs tərəfindən işğal və soyqırım faciələrinə rəvac verilmiş, Basaran Türklərinin sərhəddinə qədər (İrtış çayı yatağınadək) 70-ə qədər qala/müdafiə istehkamı tikilmiş, silah istehsalı üçün yerli xammal əsasında müəssisələr yaradılmış, rus-kazak qüvvələri ilə yanaşı mülki əhali də yerləşdirilmişdir.
1755-1757-ci illərdə çar siyasətinə qarşı Bahadur Əli oğlunun/Abdulla Qalı oğlunun (1710-1762) başçılığı ilə Baş Qurdların milli-azadlıq mübarizəsi İ.İ.Neplyuyev dəstələri tərəfindən məğlub edilib. Bu admiral ümumiyyətlə 16 il ərzində Türk xalqlarının milli-azadlıq mübarizlərinə qarşı amansız mübarizə aparmışdır.
Ona görə də, Rusiyada imperiya siyasətinin formalaşdığı XVIII-XIX əsrlər Türk dövlətlərinin/Türküstan diyarının tarixində ən faciəli dövr kimi səciyyələnir.
Aral/Ural dağlarının kökənli Baş Qurd soyundan olan Ərənlər 1735-1740-cı illərdə rus-kazak quldurlarına qarşı xalq üsyanına əsas səbəb məhz işğala və müstəmləkəyə qarşı mübarizə ruhu olub, hakim dairələrin rusları bu yerlərdə zorla yerləşdirməsi və xristianlığın yayılmasına rəvac vermələri dini-sakral dəyərlərin təhqiri kimi qəbul edlib. Xalq müqavimətinin (Ağa/Akay Qasım, Kilmək Nuruş, Mindər Qarabəy, Tölkəçura Əldəqum, Yusif Arıq...kimi xalq qəhrəmanlarının rəhbərliyi ilə) miqyası bölgənin digər Türk xalqlarını da əhatə etmiş, Qıpçaq şöllərinin quzeyindəki Təbil/Tobolsk şəhərinə kimi yayılmışdır. Çox təəssüf ki, kökənli soyluların itkiləri az olmayıb, 17 min nəfər amansızlıqla qətlə yetirildi, 40 min nəfərə qədər əsir aparıldı ( rusların işğal etdikləri ərazilərdə ilk öncə inşa etdikləri müdafiə istehkamları-sonralar “qala”lar kimi qeyd edilib-həmin əsirlərin gücü ilə tikilib). Rus-kazak silahlı qüvvələrinə general-leytnant A.İ.Rumyantsev başçılıq edib bu müharibədə.
Haşiyə. I Pyotrun 13 bənddən ibarət olan rəsmi vəsiyyətnaməsinin IX bəndi Türk-Müsəlman dünyasına qarşı törəmələrinin cənub dənizlərinə (Aralıq dənizi və Hind okeanı boyunca) çıxışı üçün Osmanlı Türkiyəsinin və Türküstan diyarının işğalı vacibliyinə aiddir. Aralıq dənizi hövzəsinin qəsbi naminə 10 noyabr 1724-cü il Fərmanı ilə “erməni”lərin Rusiya imperiyasının Cənubi Qafqaz (Anadolu yaylasının şərqində, Kür-Araz çayları hüdudlarında) bölgəsində yerləşdirilməsinə başlanılıb və general Q.S.Kropotova (1658-1730) göstəriş verilib ki, bu “sürü” haranı istəyirsə, orada yerləşdirin...
1725-ci il, yanvar ayının 28-də I Pyotrun qəflətən ölümü onun tərəfindən Türküstan diyarına qarşı məkrli/qanlı niyyətinin həyata keçirilməsi mümkün olmamış, XIX əsrə saxlanılmışdır.
XVIII əsrin I yarısında Rusiya dövləti hərbi əməliyyatlarda əsas üstünlüyü kazak-quldur dəstələrinə həvalə etməsinin bir səbəbi büdcə xərclərinin böyük olması idi, odur ki, kazaklar yerli xalqlara qarşı çapançılıq, qarət, qətl, ağlasığmaz işgəncələrdən istifadə etməkdə sərbəst idilər, nizami ordu birləşmələrini onlar əvəz etmişlər. Bu isə hərbi və mülki qarşıdurmalrı xeyli artırıb, həm yerli əhalnin müqavimətinə, həm də hərbiçilərin narazılığına səbəb olub. Amma, Rusiya dövlətinin Aral/Ural dağlarının cənub ətəyindən Ərənbörk/Orenburq nahiyəsindən İşim və İrtış çaylarının yatağınadək Qıpçaq çöllərində sərhədlərinin yaranması məhz kazak-qukdur birləşmələrinin hesabına mümkün oluib, sonra (XIX əsrin I yarısında) hərbi hissələr və mülki ruslar yerləşdirildi (Bəklə dağı ətəyində yerləşən Göyçədağ şəhərində, İşim çayının sağ sahilində yerləşən Qızılcar şəhərində, Nurşəhər/Nurkənd yurdunda (bu şəhər 1861-ci ildən “Pavlodar” adlanıb, çar II Aleksandrın 1860-cı ildə doğulmuş oğlu Pavelin adı ilə, 1993-cü ildə doğma isimlərindən biri ilə- Kərək kimi yazılır).
Qıpçaq düzəngahında, Çöl Türklərin ərazilərində (ümumiyyətlə, Türk torpaqlarında) rus işğalının eyni vaxtda/dövrdə 3 izi qalıb-qala tikililəri, rus məskənləri və rus toponimləri....
XIX əsin əvvəllərinədək Qıpçaq çöllərini işğal edən imperiya qüvvələri (Qıpçaq çöllərinin rus-kazak birləşmələri general A.A.Parfatski (1788-1834) dövründə xeyli güclü olub, 124 qala inşa edilib, 24 piyada diviziyası yaradılıb) bir neşə siyasi-hərbi, iqtisadi-ticarət, demoqrafik-etnik....üstünlüklər qazanıb:
-Çöl Türkləri ilə Bəyaz Türklər arasında “rus məskunlaşma zolağını” yaradıblar;
-Çöl və Göy Türklərin ərazisindən Türküstan diyarına XIX əsrin I yarısında başlanılan hərbi ekspansiyanın əsasını qoymuşlar;
-Beynəlxalq iqtisadi üstünlüyə əsas olan “İpək yolu”nu ələ keçirmişlər;
-Əski Türk yurdlarının toponimlər, etno-demoqrafik , dini-sakral, milli-mədəni irsin.... təməl prinsipləri “ruslaşdırılıb”.
İşğalçılıq və soyqırım, milli-etnik assimlyasiya siyasətinin güclənməsi nəticəsi idi ki, Türküstan diyarı və Qıpçaq çölləri arasında rus hərbi-kazak birləşmələrinin sayı artmaqda, rus mənşəli yaşayış məntəqələrinin şəbəkəsi xeyli dərəcədə genişlənmiş, Rusiya istilası XIX əsrdə daha da güclənmişdir. Belə ki, Savur/Sabir-Sibir bölgəsində hərbi-silahlı heyət gücü 1855-ci ildə 79 min nizami üzvdən (o cümlədən, 12 561 kazak) ibarət idi, 1900-cu ildə isə artıq 9 süvari alay (3 ehtiyat yüzlük) yerli xalqlara qarşı cəbhə yaratmış, Yeddiçayarası, Ağ Molla, Yeddi Yurd....bölgələrində, Quluca çayı və Zaysan gölü hövzəsində rus məskənləri (hərbi düşərgələrlə eyni nisnətdə) artmaqda davam etmişdir...
Təbil şəhərindən Moğol Türklərinin sərhəddinə qədər 1900 km-lik məsafədə də rus-kazak hərbi hissələri sıralanmış, hərbi güc nümayişi artmışdır..
Altay dağlarından İtil/Volqa çayınadək (“atla 8 aylıq yol” uzunluğunda) 2500 km məsafədə uzanan yovşanlı, yulğunlu, saksayollu… çöllər-“Teşti/Dəşdi Qıpçaq” düzəngahı XI-XIII əsrlə “Köçəri mədəniyyətinin təbəddülatı ocağı” olmuş, Çöl Türklərinin güclü iqtisadi-siyasi hakimiyyət təməli ilə tarixi səhifələrə yazılmışdır…
(ardı var)