İbrahim Tatlısəs öd kisəsi əməliyyatından sonra reanimasiya mərhələsini uğurla başa vuraraq xəstəxanadan evə buraxılıb.
Turkustan.az xəbər verir ki, bir müddət nəzarət altında saxlanılan sənətçinin səhhətinin getdikcə yaxşılaşdığı bildirilib.
Xəstəxana çıxışında jurnalistlərə açıqlama verən Tatlısəs sağlamlıq vəziyyətinin yaxşı olduğunu və müalicə prosesinin müsbət keçdiyini qeyd edib.
Sənətçi eyni zamanda mirası ilə bağlı açıqlamaları ilə diqqət çəkib. O bildirib: “Heç kimin bir qəpiyi də yoxdur. Mən onu dövlətə qoyub getdim. Atam mənə pul qoymayıb, mən özüm qazanmışam. Paylaşsam, kimə nə faydası var? Onlara çox yaxşı bir miras qoyub getdim, amma bunu anlamırlar. ‘İbrahim Tatlısəs’ adı bir çox qapılar açır, amma bundan necə istifadə edəcəklərini bilmədilər.”
Daha əvvəl də Əhməd Tatlısəs və Dilan Çıtak Tatlısəs ilə yaşadığı fikir ayrılıqları ilə gündəmə gələn sənətçinin ailədaxili gərginliyinin məhkəmə mərhələsinə qədər çatdığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az