AP və Aİ Şurası deportasiya qaydalarında razılığa gəldi


Avropa Parlamentinin yaydığı bəyanata görə, AP və Aİ Şurasının nümayəndələri üçüncü ölkələrlə bağlanacaq mübahisəli geri qaytarma mərkəzi sazişlərini qanuniləşdirən tənzimləmə üzərində razılıq əldə ediblər.

Turkustan.az xəbər verir ki, sənədə əsasən, deportasiya qərarı çıxarılan şəxs həmin qərardan sonra dərhal və ya müəyyən edilmiş müddət ərzində üzv dövləti tərk etməyə borclu olacaq.

Bəyanatda vurğulanır ki, geri qaytarma mərkəzləri ilə bağlı sazişlər yalnız insan hüquqlarına, beynəlxalq hüquqa və “geri qaytarılmama” prinsipinə hörmət edən ölkələrlə bağlana bilər. Həmçinin müşayiət olunmayan azyaşlıların bu sazişlərin əhatə dairəsinə daxil edilməyəcəyi qeyd olunur.

Bundan əlavə, üzv dövlətlər belə sazişlər qüvvəyə minməzdən əvvəl Aİ Komissiyasını və digər üzv dövlətləri məlumatlandırmalı olacaqlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ