CHP-nin qrup toplantısında böhran! Kılıçdaroğlu düyməni basdı


Cümhuriyyət Xalq Partiyasında (CHP) məhkəmə qərarından sonra yaranan rəhbərlik böhranı Türkiyə Böyük Millət Məclisində (TBMM) yeni mərhələyə keçib.

Turkustan.az xəbər verir ki, partiya rəhbərliyinə qayıdan Kamal Kılıçdaroğlu ilə CHP Parlament Qrupunun rəhbəri Özgür Özəl arasında yaşanan liderlik mübarizəsi bu gün keçirilməsi planlaşdırılan CHP qrup iclası ətrafında daha da kəskinləşib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş CHP rəhbərliyinə rəsmi məktub göndərərək partiyanın bu gün qrup iclası keçirib-keçirməyəcəyini soruşub. Kılıçdaroğluna yaxın mənbələrin bildirdiyinə görə, TBMM-yə göndərilən cavabda CHP-nin həmin gün qrup iclası keçirmək üçün rəsmi müraciətinin olmadığı qeyd edilib.

Bununla yanaşı, Kılıçdaroğlu tərəfi Özgür Özəlin planlaşdırdığı qrup iclasının keçirilməsinin qarşısını almaq üçün hüquqi və inzibati addımlar atıb. Məlumata görə, Kamal Kılıçdaroğlu TBMM sədrinə rəsmi müraciət edərək Özgür Özəlin saat 13:30-a təyin etdiyi qrup iclasına icazə verilməməsini və iclas zalının onun istifadəsinə açılmamasını tələb edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ