Məşhur türk müğənnisinin restoranda ödədiyi hesab dodaq uçuqlatdı


Məşhur sənətçi Ajda Pekkan İstanbulun Yeşilköy bölgəsində yerləşən lüks restoranlardan birində nahar edib.

Turkustan.az xəbər verir ki, bildirilib ki, sənətçi xüsusi texnika ilə 12 saat boyunca palıd ağacının tüstüsündə hisə verilərək bişirilən mal ətindən hazırlanan “döş əti” yeməyinə üstünlük verib.
Məlumata görə, 80 yaşlı superulduz yeməkdən sonra restoranda 43 min türk lirəsi, yəni təxminən 1 850 manat məbləğində hesab ödəyib. Sosial mediada qısa zamanda yayılan bu yüksək məbləğ həm yeməyin hazırlanma prosesi, həm də restoranın qiymətləri səbəbindən geniş müzakirələrə səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ