Miri Yusiflə bağlı ŞOK CİNAYƏT FAKTLARI


Xalq artisti Miri Yusif illər əvvəl baş vermiş hadisə ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

Turkustan.az xəbər verir ki, sənətçi 2006-cı ildə yaşanan hadisəni heç vaxt gizlətmədiyini bildirib. 



O qeyd edib ki, həmin dövrdə gənc olduğu üçün baş verənləri indi daha fərqli – hətta gülməli xatırlayır.

Müğənni açıqlamasında bildirib ki, o zaman həbs olunmayıb, yalnız inzibati cəza ilə üzləşib. Daha sonra isə Azərbaycana qayıdıb və fəaliyyətini davam etdirib.

Miri Yusif əlavə edib ki, mövzunun yenidən gündəmə gətirilməsi onda nostalji hisslər oyadıb:

“2006-cı ildə belə bir hadisə baş vermişdi. Heç vaxt bunu gizlətməmişəm. İndi xatırlayanda gülməli gəlir, çünki o vaxtlar çox cavan idim. Təbii ki, həbsdə olmamışam, sadəcə inzibati cəza almışdım. Daha sonra isə Azərbaycana qayıtmışam. Hazırda bu mövzunun yenidən gündəmə gətirilməsi məni cavanlıq illərinə qaytardı. Çox sağ olun, bir az nostalji hisslər bəxş etdiniz mənə”.

Qeyd edək ki, sənətçi ilə bağlı köhnə hadisələrin yenidən müzakirə olunması sosial şəbəkələrdə də geniş rezonans doğurub.

xxx

Xalq artisti Miri Yusif (əsl adı: Miryusif Mirbabayev) Amerikada cinayət törədibmiş.

2000-ci illərin əvvəllərindən ortalarına qədər ABŞ-da yaşayan xalq artisti Miri Yusif (əsl adı: Miryusif Mirbabayev) bağlı məlumatı diqqətinizə çatdırmaq istəyirik.

Bununla bağlı Ajans.az-ın qaynar xəttinə məlumat daxil olub.

Məlumata görə, “Miri Yusif Kaliforniyada cinayətdə iştirak edib. İctimaiyyətə açıq olan qeydlərə görə, o, Milli Cinayət Məlumat Mərkəzinin (NCIC) oğurluqla bağlı 484(A) oğurluq maddəsi ilə ittiham olunub.

Həbs 7 may 2006-cı ildə Beverli Hills, Kaliforniyada baş verdiyi bildirilir. İş üzrə 12 aylıq şərti azadlıq cəzası ilə nəticələnib.Bu məlumat pulsuz olan rəsmi mənbələr vasitəsilə müstəqil şəkildə təsdiqlənə bilər. Məsələn, Los-Anceles Ali Məhkəməsi öz veb saytı vasitəsilə iş qeydlərinə ictimai giriş imkanı təmin edir.

(www.lacourt.ca.gov/pages/lp/access-a-case/tp/find-case-information/cp/os-criminal-case-access)

Cinayət işi axtarış sisteminə 6BV01051 iş nömrəsini daxil etməklə, şəxsin adı və iş məlumatları da daxil olmaqla müvafiq məlumatlar nəzərdən keçirilə bilər.Bundan əlavə, oxşar amma pullu veb sayt ilə www.TruthFinder.com kimi yoxlama xidmətləri və ya PACER (https://pacer.uscourts.gov/) kimi federal məhkəmə qeyd sistemləri (pullu) vasitəsilə daxil olmaq mümkündür”.

Tezliklə Miri Yusifin bu məsələ ilə bağlı açıqlaması olacaq.


MANŞET XƏBƏRLƏRİ