ABŞ-ı sarsıdan partlayış - Səbəbi məlum oldu


ABŞ-ın Massaçusets və Nyu-Hempşir ştatlarında göydən eşidilən güclü partlayış səsləri sakinlər arasında təşvişə səbəb olub.

Turkustan.az xəbər verir ki, bir çox şəxs evlərinin titrədiyini, partlayışların isə kilometrlərlə uzaq məsafədən eşidildiyini bildirib.

Hadisədən sonra sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib və partlayışların səbəbi ilə bağlı araşdırmalara başlanılıb.

NASA açıqlama yayaraq hadisənin səbəbini izah edib. Qurumun xəbərlər üzrə direktor müavini Cennifer Dooren bildirib ki, partlayışlar atmosferə daxil olan iri meteoritin parçalanması nəticəsində baş verib.

Onun sözlərinə görə, səma cismi Massaçusetsin şimal-şərqi və Nyu-Hempşirin cənub-şərqi üzərində atmosferdə parçalanıb. Dooren vurğulayıb ki, hadisə meteor yağışı, kosmik zibil və ya hər hansı peyklə əlaqəli deyil.

Partlayış ABŞ-ı sarsıtdı! 300 ton trotil gücü ilə partladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ