Ermənistan ordusu itki verdi


Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu həlak olub.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 2-si saat 00:10 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Aramais Gevorqyanın meyiti aşkarlanıb.

“Hadisənin bütün hallarının tam araşdırılması məqsədilə istintaq aparılır”, - məlumatda qeyd olunub. /modern.az/


MANŞET XƏBƏRLƏRİ