İbrahim Tatlısəsin son görünüşü diqqət çəkdi


Məşhur türk müğənnisi İbrahim Tatlıses səhhətindəki problemlərdən sonra son paylaşımı ilə diqqət çəkib.

Turkustan.az xəbər verir ki, uzun müddətdir fizioterapiya alan 74 yaşlı sənətçinin son görüntüsü sosial şəbəkələrdə maraq doğurub və onun əvvəlki halına qismən qayıtdığı qeyd olunub.

Məlumata görə, Tatlısəs bir müddət əvvəl İstanbuldakı evində xəstələndikdən sonra xəstəxanaya yerləşdirilib, ağır infeksiya və öd kisəsi əməliyyatı keçirib. Uğurlu əməliyyatdan sonra 22 apreldə evə buraxılan sənətçi müalicəsini fizioterapiya ilə davam etdirib.

Onun yaxın dostu Mahmut Tuncer də Tatlısəsin xəstəxanadan çıxdığını təsdiqləyib və paylaşımı ilə diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ