“Avroviziya”da niyə sonuncu olduq? - Maraqlı səbəb


Azərbaycan təmsilçisi Cəmilə Həşimova Avstriyanın paytaxtı Vyanada keçirilən Avroviziya Mahnı Müsabiqəsində 15 ölkənin yarışdığı ikinci yarımfinalda sonuncu, 15-ci yeri tutub.

"Just go" mahnısı ilə səhnəyə çıxan təmsilçimizə cəmi 2 xalı Bolqarıstan verib. Hətta 14-cü yeri tutan Ermənistan da bizdən xeyli çox səs toplayıb - 49 səs.

Ümumiyyətlə, son illərin təcrübəsi göstərir ki, Azərbaycan təmsilçiləri ildən-ilə bu yarışmada daha zəif nəticələr göstərirlər.

Kult.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Bakupost.az-a açıqlamasında əldə edilən zəif nəticənin Azərbaycanda belə bir yarışmaya marağın itməsilə əlaqədar olduğunu bildirib:

“Təmsilçimizin kompozisiyasını dinlədim. Pis deyildi. Kifayət qədər uğur qazana biləcək kompozisiya idi. Amma görünən odur ki, prosesə əvvəlki illərdə olan maraq yoxdur”.

Deputatın fikrincə, bu beynəlxalq yarışmanın müəyyən dərəcədə həm də siyasiləşmiş yarışma olduğunu artıq hər kəs anladığından, əhəmiyyəti də azalır:

“Tədbirdə zəif iştirakımızın səbəbi əsasən məhz bundan qaynaqlana bilər. Burada başqa motiv axtarmaq fikrimcə, yersizdir”.


MANŞET XƏBƏRLƏRİ