Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 10-cu nəvəsi dünyaya gəlib.

Turkustan.az xəbər verir ki, prezidentin qızı Sümeyyə Ərdoğan Bayraktar və həyat yoldaşı Səlcuq Bayraktarın üçüncü övladı doğulub.

Xəstəxanada qızını və yeni doğulan nəvəsini ziyarət edən Ərdoğan onların səhhəti ilə bağlı məlumat alıb, Bayraktar ailəsini təbrik edib. Ziyarət zamanı onu həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edib.

Qeyd edək ki, Sümeyyə və Səlcuq Bayraktar cütlüyünün 2017-ci ildə dünyaya gələn qızlarına Canan Aybüke, 2024-cü ildə anadan olan övladlarına isə Asım Özdemir adı verilib. Yeni doğulan körpənin adı hələlik açıqlanmayıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ