Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) 2020-ci ildə işıq üzü görən “Kamin” mahnısı gözlənilmədən yenidən populyarlıq qazanıb.
Turkustan.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə yayılan süni intellekt (AI trend) videoları olub.
Videoplatformalarda mahnı əsasən süni intellektlə hazırlanmış mini-seriallarda istifadə olunur. Bu videolarda meyvə və tərəvəzlər – banan, çiyələk, alma və xiyar kimi obrazlar insanlara xas emosiyalarla sevgi, xəyanət və ayrılıq hekayələri yaşayırlar.
Ssenarilər isə adətən oxşar olur. Əvvəlcə cütlük xoşbəxt təsvir edilir, daha sonra qız hamilə olduğunu bildirir, lakin uşağın “başqa meyvədən” olduğu ortaya çıxır. Beləliklə, xəyanət üzə çıxır və bu səhnələr fonunda “Kamin” səslənir.
Məhz bu videolara görə mahnı yenidən sosial şəbəkələrdə sürətlə yayılıb və bu formatda olan demək olar ki, hər ikinci süni intellekt videosunda səslənməyə başlayıb.
Blogerlərin hesablamalarına görə, son bir ay ərzində bəstə yutubda platformasında 879 milyon dinlənmə toplayıb. Bu göstərici platforma üçün mütləq rekord sayılır. İlkin qiymətləndirmələrə əsasən, ifaçı təkcə royaltilərdən təxminən 3 milyon dollar gəlir əldə etmiş ola bilər.