Nişasta əsaslı şəkərlərin orqanizm tərəfindən sürətlə sorulduğu və xüsusilə yüksək fruktozalı qarğıdalı siropunun (HFCS) metabolik sağlamlıq üçün müəyyən risklər yarada biləcəyi bildirilib.
Turkustan.az xəbər verir ki, Hacettepe Universiteti Tibb Fakültəsinin Endokrinologiya və Metabolizm Bölməsinin professoru Dr. Okan Bülent Yıldız HFCS tərkibli qida və içkilərin sağlamlığa təsirləri ilə bağlı açıqlamalar verib.
Onun sözlərinə görə, yüksək fruktozalı qarğıdalı siropu sənaye üsulu ilə qarğıdalı nişastasının parçalanması nəticəsində əldə edilən maye şərbətdir və əsasən qlükoza ilə fruktozadan ibarətdir. Maye formada olan bu şirinləşdiricinin orqanizm tərəfindən sürətlə sorulduğunu bildirən Yıldız, həddindən artıq istehlakın metabolik problemlərlə əlaqələndirildiyini qeyd edib.
Mütəxəssis bildirib ki, fruktozanın əsasən qaraciyərdə metabolizə olunması, insulin müqavimətinə təsir göstərməsi və toxluq hissini kifayət qədər stimullaşdırmaması artıq istehlak zamanı arzuolunmaz metabolik nəticələrə səbəb ola bilər.
Yıldız qlükozanın beyindən əzələlərə qədər bədənin hər yerində hüceyrələr tərəfindən istifadə edilən bir enerji mənbəyi olduğunu və hüceyrələrin qlükoza istifadə edərkən insulin hormonundan istifadə etdiyini, fruktozanın isə yalnız qaraciyərdə istifadə oluna və parçalana biləcəyini bildirdi.
Aytən Yaşar/ Turkustan.az