Abdullah Gül səssizliyini pozdu! Ərdoğan və Baxçalıya sürpriz təbrik


Keçmiş Türkiyə Prezidenti Abdullah Gül sosial media hesabında kürd məsələsinin həllini hədəfləyən və Rəsmi Qəzetdə dərc olunan çərçivə qanunu ilə bağlı diqqətçəkən açıqlama verib.

Turkustan.az xəbər verir ki, Gül “Twitter” hesabında paylaşdığı açıqlamada qanunun qəbul edilməsinin Türkiyə Cümhuriyyəti tarixinin ən mühüm problemlərindən birinin həlli istiqamətində yeni qapı açdığını vurğulayıb.

Abdullah Gül bu addımı “cəsarətli” adlandırıb və prosesin əsas iştirakçılarını açıq şəkildə təbrik edib.

Gül paylaşımında bildirib:

“Bu cəsarətli addımı atan siyasi liderləri, xüsusən Prezident Rəcəb Tayyib Ərdoğanı və MHP sədri Dövlət Bahçəlini, eləcə də bu razılaşma üçün zəmin hazırlayan dövlət rəsmilərini təbrik edirəm".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ