Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsi yekunlaşıb.
Modern.az-ın Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən əldə etdiyi məlumata görə, vakansiya seçiminu nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Xatırladaq ki, müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi 12 avqust - 15 avqust aralığında aparılıb.
Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malik olublar.