"ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını ölkəsinin ərazisi adlandırarkən səhvə yol verir və İran yaxın zamanda bu vəziyyəti düzəldəcək".
Turkustan.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
"Onun Hörmüz boğazı ilə əlaqədar səhvi ya düzəldiləcək, ya da illüziyalar içində yaşayan bu şəxsin yanlış fikirlərini biz özümüz düzəldəcəyik", - deyə XİN rəsmisi "X" sosial şəbəkəsində yazıb.
Qəribabadi həmçinin vurğulayıb ki, D.Tramp əvvəllər körfəzi Ərəb adlandırmaq istəsə də, paylaşımında körfəzin adını Fars olaraq düzgün qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Ağ Ev rəhbəri Hörmüz boğazının ABŞ ərazisi kimi göstərildiyi bir xəritə yayımlamışdı./oxu.az