Yeni açıqlama ortaya çıxdı! İmamoğlunu çətin vəziyyətə salacaq sözlər


Antalya Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Muhittin Böcek korrupsiya istintaqı çərçivəsində verdiyi əlavə ifadəsində Əkrəm İmamoğlu ilə bağlı iddialar irəli sürüb.

Turkustan.az xəbər verir ki, Böcek iddia edib ki, İmamoğlu 2024-cü il yerli seçkiləri öncəsi namizədliyinin dəstəklənməsi müqabilində ondan 15 milyon avro maliyyə dəstəyi istəyib. Onun sözlərinə görə, bu məbləğin 5 milyon avrosunu bank köçürməsi ilə göndərib.

Böcek həmçinin Özgür Özəlin tapşırığı ilə Manisaya 950 min avro apardığını, oğlu vasitəsilə Vəli Ağbabaya isə 1 milyon avro göndərdiyini iddia edib.

İddialarla bağlı yekun hüquqi qiymət istintaqın nəticələrindən asılıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ