Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO


Prezident Donald Tramp özünün “Truth Social” platformasında Hörmüz boğazının xəritəsini paylaşaraq onu “ABŞ-ın yeni ərazisi” adlandırıb.

Turkustan.az xəbər verir ki, Trampın paylaşdığı xəritədə İran və Oman arasında yerləşən Hörmüz boğazı dairəyə alınıb. Xəritənin üzərində ingilis dilində “New U.S. Territory” (“ABŞ-ın yeni ərazisi”) yazısı yerləşdirilib.

Qeyd edək ki, avqustun 17-də “Al Arabiya” telekanalı mənbələrə istinadən ABŞ və İranın atəşkəsin uzadılması barədə razılığa gəldiyini bildirib.

Tramp son vaxtlar dəfələrlə Hörmüz boğazına ABŞ-ın nəzarət etdiyini bildirib.

İran tərəfi isə onu yalan danışmaqda ittiham edib.

İran parlamentinin sədri Məhəmməd Baqır Qalibaf bu gün bəya edib ki, ABŞ bir sıra şərtləri yerinə yetirənə qədər Tehran Hörmüz boğazını bağlı saxlayacaq./modern.az


MANŞET XƏBƏRLƏRİ