İran Prezidenti Məsud Pezeşkian ölkənin inzibati və idarəetmə sistemində islahatların zəruri olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, yavaş işləyən bürokratik sistem və qapalı düşüncə tərzi ilə qarşıya qoyulan məqsədlərə çatmağın mümkün olmadığını vurğulayıb.
İran Prezident Aparatının məlumatına görə, Pezeşkian kənd təsərrüfatı sektorunda çalışan bir qrup mütəxəssis və könüllü ilə görüşüb. Görüşdə ölkədəki mövcud vəziyyət və qarşıda duran problemlər müzakirə olunub.
Pezeşkian bildirib ki, İran müharibənin yaratdığı problemlərlə yanaşı, məhdud su ehtiyatları və müxtəlif iqlim çətinlikləri ilə də üz-üzədir. O, istehsal və inkişaf siyasətlərinin mövcud reallıqlara uyğun hazırlanmasının və həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Biz yavaş işləyən inzibati sistem və qapalı düşüncə tərzi ilə məqsədlərimizə çata bilmərik. Bu prosesi davam etdirmək yalnız vaxt və resurs itkisinə səbəb olacaq”, – deyə Pezeşkian qeyd edib.
Aytən Yaşar/ Turkustan.az