100 yaşlı yapon: “Bu məşqlə ömrümüz uzanır”


Yaponiya yeni dünya rekorduna imza atıb. Ölkədə artıq 100 minə yaxın insanın yaşı 100 və ya daha çoxdur. Bu göstərici ardıcıl 55 ildir artır və uzunömürlülüyün yalnız təsadüf deyil, mədəniyyət və sağlam həyat tərzi nəticəsi olduğunu sübut edir.

Turkustan.az lent.az-a istinadən ölkədəki uzunömürlülüyün səbəbləri barədə xəbər verir.

Mütəxəssislər qeyd edir ki, yaponların sağlam və uzun ömür sürməsinin sirri nəsildən-nəslə keçən vərdişlərdədir:

Hərəkət – hər yaşda həyat deməkdir. Yaponlar mürəkkəb idman proqramları yerinə hər səhər sadə, amma təsirli “Radio Taiso” gimnastikasını edirlər. 1920-ci illərdən etibarən ölkə üzrə yayımlanan bu 10 dəqiqəlik məşq bədənin elastikliyini və tonusunu qorumağa kömək edir.

Pəhriz – təbii dərman. Yapon mətbəxi əsasən balıq, tərəvəz, tofu və düyüdən ibarətdir. Bu qidalanma tərzi orqanizmi Omega-3 və digər vacib maddələrlə təmin edir, zərərli yağların qəbulunu minimuma endirir. Nəticədə ölkədə piylənmə səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir.

Profilaktika və ölçülülük. Duzun məhdudlaşdırılması, müntəzəm tibbi müayinələr və həyatın bütün sahələrində ölçülülük sağlamlığın möhkəm bünövrəsini yaradır.

Bu amillər sayəsində Yaponiyada orta ömür uzunluğu təxminən 84,5 ildir, 90 yaşdan sonra da aktiv və müstəqil yaşayan insanlar çoxdur.

Yapon mədəniyyətində yaşlı nəsil hörmətlə qarşılanır. Qocalıq zəifləmə dövrü kimi deyil, bilik və təcrübə paylaşma mərhələsi kimi qəbul olunur.

Hər il sentyabrda Yaponiya Yaşlılara Hörmət Günü (Keiro no Hi) qeyd edir. Yeni 100 yaşlı yubilyarlar baş nazirin şəxsi məktubu və xatirə gümüş kasası ilə təbrik olunurlar. Bu, yalnız şəxsi uğur deyil, bütün ölkə üçün bayram sayılır


MANŞET XƏBƏRLƏRİ