5 yaşlı uşağın mədəsindən qızıl külçə çıxarıldı


Pekindəki həkimlər 5 yaşlı qız uşağının mədəsindən 50 qramlıq qızıl külçə çıxarıblar.

Turkustan.az "Unikal"a istinadən xəbər verir ki, hadisə avqustun 15-i axşam saatlarında baş verib.

Ailə bir neçə xəstəxanaya müraciət etsə də, yalnız Pekin Uşaq Tibb Mərkəzi təcili əməliyyat apara bilib. Dəmirin udulduğu andan xəstəxanaya aparıldığı vaxta qədər təxminən altı saat çəkib.

Həkimlər bir neçə dəqiqə davam edən endoskopik prosedurla yad cismi çıxarıblar. Uşaq artıq xəstəxanadan evə buraxılıb və həyatı üçün təhlükə yoxdur. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ