Donald Tramp: İran lazımi razılaşmanı imzalamayacaq


ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Oval Ofisdə jurnalistlərin suallarını cavablandıran Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini, lakin onun gözləntilərinə uyğun bir razılaşmanın əldə olunmayacağını bildirib.

“Onlar razılaşma əldə etmək istəyirlər, amma mənim düşündüyüm kimi lazımi razılaşmanı əldə etməyəcəklər”, – deyə Tramp qeyd edib.

Tramp ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumunu uzatmaq istəmədiyini bildirib. O, İranın vəziyyətinin ağır olduğunu deyərək ölkənin və ordusunun ciddi zərər gördüyünü vurğulayıb.

Hörmüz boğazının ABŞ ərazisi elan edilməsi ideyasına münasibət bildirən Tramp “Bu ideyanı bəyənirəm. Hörmüz boğazına tam nəzarətimiz var” deyib. Trampın Hörmüz üzərində ABŞ-ın tam nəzarətinə dair iddiası İran tərəfindən rədd edilir.

Tramp həmçinin Omanla bağlı sualı cavablandırarkən bildirib ki, ABŞ hazırda bu ölkə ilə bağlı hərbi qarşıdurma aparır və Omanın fəaliyyətindən narazıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ