Hindistanın Bihar ştatının Lakhisarai rayonundakı Aşok Dham məbədində izdiham baş verib. Hadisə nəticəsində ən azı 7 nəfər ölüb, çox sayda insan yaralanıb.
Turkustan.az xəbər verir ki, ilkin məlumata görə, məbədin ərazisində elektrik dirəyinin aşması və elektrik xəttinin düşməsi ilə bağlı yaranan panika izdihama səbəb olub. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Hadisə zamanı yaralananlar xəstəxanalara çatdırılıb. Əraziyə polis və təcili yardım qrupları cəlb olunub.
Səlahiyyətli qurumlar məbəd ərazisində təhlükəsizlik tədbirlərini gücləndirib və hadisənin səbəblərinin araşdırılması davam edir.
Aytən Yaşar/ Turkustan.az