ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə ictimai dəstək ikinci prezidentlik dövründə ən aşağı səviyyəyə düşüb.
Turkustan.az xəbər verir ki, Reuters/Ipsos sorğusunun nəticələrinə görə, respondentlərin yalnız 33 faizi Trampın fəaliyyətini bəyəndiyini, 64 faizi isə bəyənmədiyini bildirib. Avqustun əvvəlində keçirilən sorğuda onun dəstək göstəricisi 35 faiz təşkil edib.
Yeni göstərici Trampın hazırkı prezidentlik müddətində ən aşağı reytinqidir və onun ilk prezidentliyi dövründə, 2017-ci ilin dekabrında qeydə alınan minimum göstərici ilə eynidir.
Reuters/Ipsos sorğusuna əsasən, Trampın reytinqindəki son eniş ABŞ-ın İranla müharibəyə cəlb olunması fonunda baş verib. Respondentlərin təxminən 80 faizi ABŞ-ın İrandakı hərbi iştirakının uzun müddət davam edəcəyini düşünür. Münaqişənin bir neçə həftə ərzində başa çatacağını düşünənlərin payı isə cəmi 16 faizdir.
Aytən Yaşar/ Turkustan.az