Ukrayna ordusunun kəşfiyyatında inqilab: 15 dəqiqəyə...


Musavat.com xəbər verir ki, "The New York Times" nəşrinin yazdığına görə, Ukrayna son bir ildə hərbçilərin peyk təsvirlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırib.

Xüsusilə, peyk çəkilişləri üzrə ixtisaslaşan və uzun illərdir Ukrayna ilə əməkdaşlıq edən ABŞ-nin "Vantor" texnologiya şirkəti daha altı yeni peyk istifadəyə verərək onların ümumi sayını 10-a çatdırıb. Şirkətin transformasiya üzrə direktoru Uill Kokosun sözlərinə görə, bu peyklər hər gün Yerin 7 milyon kvadratkilometrə qədər sahəsini əhatə edə bilir ki, bu da Ukrayna ərazisini gün ərzində dəfələrlə skan etməyə imkan verir.

U.Kokos qeyd edib ki, əvvəllər peyk məlumatlarının çatdırılması bir neçə gün, son vaxtlar isə bir neçə saat çəkdiyi halda, indi operativ təsvirləri təxminən 15 dəqiqəyə əldə etmək mümkündür. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ