Yunanıstanda dəhşətli helikopter qəzası: Ölənlər var


Yunanıstanın Sifnos adasında özəl helikopter qəzaya uğrayıb.

Turkustan.az xəbər verir ki, hadisə nəticəsində pilot və iki sərnişin olmaqla 3 nəfər həyatını itirib. Qəza helikopterin havaya qalxmasından qısa müddət sonra, Tolos bölgəsindəki meydançanın yaxınlığında baş verib.

Qəzanın ardından helikopterdə yanğın baş verib. Yanğınsöndürənlər hadisə yerinə cəlb olunaraq alovu söndürüblər. Qəzanın səbəbi hələlik məlum deyil və araşdırma aparılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ