Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampın Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı açıqlamalarına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Şərif Trampın sazişə verdiyi dəstəkdən məmnunluğunu ifadə edib.
Pakistanın Baş naziri X sosial şəbəkəsindəki paylaşımında Trampın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Birgə Müdafiə Sazişinin imzalanmasına göstərdiyi “xoşməramlı dəstəyə” görə təşəkkürünü bildirib.
Şərif davamlı sülhün parlaq və firavan gələcəyin əsas şərti olduğunu vurğulayıb.
“Pakistan qardaş Səudiyyə Ərəbistanı Krallığı və Türkiyə Respublikası ilə birlikdə həm öz ölkələrimizin, həm də bütün regionun müdafiəsinin təmin olunmasında konstruktiv rol oynamağa davam edəcək”, – deyə, Şərif qeyd edib.
Aytən Yaşar/ Turkustan.az