Bu dəfə dünyanı narahat edən təhlükə İrandan gəlir! Onlar ABŞ-a vaxt verdi


ABŞ-İran böhranının davam etdiyi bir vaxtda Tehrandan diqqətçəkən açıqlama gəlib.

Turkustan.az xəbər verir ki, adı açıqlanmayan yüksək vəzifəli İran rəsmisi bildirib ki, Tehran müdafiə siyasətindən “tam hücum” siyasətinə keçmək qərarına gəlib.

Rəsminin sözlərinə görə, bu qərar ABŞ ilə davam edən münaqişənin dayandırılması və uzunmüddətli sülh razılaşmasının əldə olunması istiqamətində diplomatik səylərin nəticəsiz qalması fonunda qəbul edilib.

“İran çətin məsələlərlə bağlı qərarlar qəbul etməyə və buna uyğun hərəkət etməyə hazırdır. İran qurumları Hörmüz boğazında və daha geniş regionda gərginliyin artmasına hazır olmalıdır”, – deyə rəsmi bildirib.

O əlavə edib ki, diplomatik səylər uğursuz olacağı təqdirdə Tehran ABŞ-ın bölgədəki hərbi blokadasını yarmaq üçün “vaxtında və dəqiq” hərbi hücuma keçə bilər.

Bu açıqlama Hörmüz boğazı ətrafında gərginliyin daha da yüksəldiyi bir vaxtda səslənib. Reuters-in məlumatına görə, İran ABŞ-ın müvəqqəti sülh razılaşmasını tam icra etməməsi halında yaxın həftələrdə gərginliyi artıracağı barədə də xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ